İki böyük qaya parçası yolun 36-cı kilometrliyinə düşərək hərəkəti məhdudlaşdırıb. Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, qaya parçalarının dağdan qoparaq yola yuvarlanması nəticəsində Quba-Xınalıq yolu müvəqqəti bağlanıb. 6 saylı yol istismar idarəsinin rəisi Aydəmir Manafovun RTV-yə verdiyi məlumata görə, 50 və 80 tonluq iki böyük qaya parçası yolun 36-cı kilometrliyinə düşərək hərəkəti məhdudlaşdırıb. Hazırda idarənin müvafiq texnikaları əraziyə cəlb olunub və bir saatdan sonra yolda hərəkətin bərpa olunacağı gözlənilir.
Mənbə: Milli.Az