"Əgər vətəndaşın sahibkarlıq sahəsində təcrübəsi varsa, o öz pulunu daşınmaz əmlaka yox, xidmət sahəsinə yatıracaq. Ancaq indi daşınmaz əmlaka pul yatırmaq da alternativ depozitdir". Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, bu barədə "РС…Рѕ" qəzetinə açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib. "2013-cü ilin əvvəlindən etibarən yenidən qiymətlərin qalxması müşahidə olunur. Bu səbəbdən hazırda vətəndaşların müəyyən hissəsi daşınmaz əmlakı alternativ depozit kimi istifadə edir. İnsanlar daşınmaz əmlakı gələcəkdə daha baha qiymətə satmaq üçün alırlar. Misal üçün, ofislərin icarəsi mənzil icarəsindən daha çox gəlir gətirir. Mənzilin illik icarəsi 20% gəlir gətirdiyi halda, ofis icarəsi 25% gəlir gətirir".
Mənbə: Milli.Az