Qadin.NET / Sinoptiklərdən xoş xəbər

Sinoptiklərdən xoş xəbər

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-4 dərəcə yüksələcək Azərbaycanda sabah mülayim, əlverişli, nisbətən sabit hava şəraiti müşahidə ediləcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında oktyabrın 9-da dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Zəif və mülayim külək əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-4 dərəcə yüksələcək.Bakıda və Abşeron yarımadasında havanın temperaturunun səhər saatlarında 12-15 dərəcə isti, gündüz 15-19 dərəcə isti, axşam yenidən 12-15 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın əksər rayonlarında oktyabrın 9-da hava əsasən yağmursuz olacaq. Bəzi şərq rayonlarında səhər saatlarında duman, Lənkəran-Astara bölgəsində isə az yağış yağacağı gözlənilir. Havanın temperaturu Aran rayonlarında gündüz 15-20, gecə 12-17 isti olacaq.
Mənbə: Milli.Az
8 oktyabr 2013
GO BACK