İranda zəlzələ baş verib. Bu gün səhər saatlarında İranın Hörmüzqan vilayətində zəlzələ baş verib. APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Hörmüzqan vilayətinin Dərgahan şəhərinə təsadüf edib. 4,8 bal gücündə olan zəlzələ Bakı vaxtı ilə 06:52-də (yerli vaxtla saat 06:22-də) yerin 10 km dərinliyində meydana gəlib. Təbii fəlakət Dərgahandan 30 km, Bəndər Ləftdan 35 km, Bəndər Abbasdan 36 km və Tehrandan 1037 km uzaqlıqda baş verib. Dağıntı və tələfat barədə məlumat yoxdur
Mənbə: Milli.Az