Azərbaycanda orta aylıq əmək haqqının həcmi 2017-ci ilədək 618 manata çatacaq.APA-nın məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyinin proqnozlarında göstərilir.Eyni zamanda, 2013-cü ilin yekunlarına görə, orta aylıq əmək haqqının həcmi 439 manat səviyyəsində gözlənilir və beləliklə, yaxın 4 ildə bu göstəricinin 40,8% artacağı proqnozlaşdırılır.Qeyd edək ki, İİN-in proqnozlarına görə, 2014-cü ildə orta aylıq əmək haqqı 479 manat, 2015-ci ildə 520 manat, 2016-cı ildə isə 566 manat təşkil edəcək.
Mənbə: Milli.Az