Yeni 100 dollarlıq əskinas ABŞ-da artıq dövriyyəyə buraxılır. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu əskinaslar hələ 2010-cu ildə dövriyyəyə buraxılmalı idi. Lakin nəşr zamanı ortaya çıxan nöqsanlar yeni əskinasın istifadəyə verilməsini əngəlləmişdi. Əskinasların hazırlanması zamanı yeni, saxtalaşdırmaqdan qorumaq üçün daha müasir texnologiyalardan istifadə edilib. Belə ki, əskinasda mavi rəngli 3D xətt də yerləşdirilib. Dəyişməyən bircə Bencamin Franklinin şəklidir.
Mənbə: Milli.Az