Qadin.NET / İran Xəzər sahilində AES tikəcək

İran Xəzər sahilində AES tikəcək

İran Xəzər sahilində AES tikəcək

İran Xəzər dənizi və Fars körfəzi sahillərində atom elektrik stansiyası tikəcək. Lent.Az-ın verdiyi məlumata görə, bunu İranın Atom Enerjisi üzrə Agentliyinin rəhbəri Əli Əkbər Salehi “Tasnim” agentliyinə müsahibəsinə söyləyib. Əli Əkbər Salehi bildirib ki, iranlı ekspertlər Xəzər dənizi və Fars körfəzi sahillərində AES tikintisi üçün yerləri müəyyənləşdiriblər. Onun sözlərinə görə, yeni AES ikili təyinatlıdır. AES həm İranın cənub əyalətlərinin enerji təminatında, həm də şirin su tələbatının təmin edilməsində mühüm rol oynayacaq.

 

Mənbə: Milli.Az

8 oktyabr 2013
GO BACK