Qadin.NET / Ana bətnində hiss, həyəcan: unikal

Ana bətnində hiss, həyəcan: unikal

Ana bətnində olan körpənin 3D fotoları unikal duruma dəlalət edir. Belə ki, ana bətnində olan dölün fiziki və psixoloji inkişafının artıq başlandığı, onun emosiyalarının olduğu bəlli olub. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Britaniyadakı Darhem Universitetinin alimləri ana bətnindəki dölün müxtəlif vaxtlarda ultrasəs fotolarını çəkərək onun hisslərə, emosiyalara malik olduğunu aşkarlayıblar.Britaniyalı alimlərin dediklərinə görə, hamilə qadının bədəninin müxtəlif yerlərinə toxunarkən onda ağrı-acı hissləri dayanırsa, bu durum bətndəki uşağın mimikasına mütləq təsir edir. "Bu araşdırma zamanı dünyada ilk dəfə müəyyən olundu ki, ana bətnindəki uşaq əl və ayaqlarının hərəkətini əvvəlcədən müəyyənləşdirir. Onlar əllərini ağızlarna belə apara bilirlər və analarının keçirdikləri hissləri yaşayırlar", - Darhem Universitetinin alimləri bildiriblər. Britaniyalı alimlər hamiləliyin 32-ci həftəsində olan qadının bətnindəki dölün 3D fotolarıın çəkiblər. Əldə edilmiş fotolar yeni doğulmuş uşaqların qidalanmasının ilk mərhələsinə hazırlığın daha effektivləşdirilməsi vasitəsi ola bilər.

 

Mənbə: Milli.Az

8 oktyabr 2013
GO BACK