Qadin.NET / Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Milli.Az Anspress-ə istinadən oktyabrın 8-də baş verən əlamətdar hadisələrə nəzər salır.

Miladi: 08 oktyabr 2013, Hicri: 02 Zülhəccə 1434, İlin 281-cı günü, İlin sonuna 84 gün qalır, Bu günün namaz vaxtları; Fəcr - 06.34, Günəş - 07.43; Zöhr - 13.33; Əsr - 17.11; Məğrib – 19.28; İşa – 20.45
1601 - şair Saib Təbrizi anadan olub. (ö. 1676); 

1818 - Dünyada ilk dəfə ingilislər boks əlcəyindən istifadə ediblər.

1821 - Rusiya çarı I Aleksandr Cənubi Qafqazda güzəştli ticarət tarifinin tətbiq edilməsi barədə fərman verib. Fərmana əsasən, bölgəyə gətirilən xarici malların yarısı (50 faizi) gömrük rüsumundan azad olunub. Cənubi Qafqazın böyük hissəsini (Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla) ələ keçirmiş çar Rusiyası bu qərarla ərazidə xarici ticarət (tranzit) imkanlarını genişləndirmək, əcnəbi tacirlərin böləyə gəlişini təşviq etmək məqsədi güdürdü. 
1862 - Otto fon Bismark Almaniyanın kansleri olmuşdur; 

1873 - ABŞ-da ilk qadın həbsxanası açılıb; 

1906 - Lev Tolstoy Nobel mükafatından imtina edib; 

1912 - Osmanlı və Balkanlarda yerləşən dövlətlər arasında Balkan Muharibəsi başlayır; 

1917 - Sovet Rusiyasında, Leninin təklifi ilə Aleksandra Kollantay dünyanın ilk qadın naziri olmuşdur; 

1936 - rusiyalı aktyor Leonid Kuravlyov anadan olub; 

1949 - amerikalı aktrisa Siqurni Uiver anadan olub. 

1954 - amerikalı aktyor Maykl Dudikoff anadan olub;

1958 - Pakistanda Eyüp Xan üsyan ilə hakimiyyətə gəlmişdir.

1967 - Çe Gevara və dəstəsi Boliviyada ölü tapılmışdır; 

1967 - İngiltərədə ilk dəfə alkotester yaradılır; 

1970 - amerikalı aktyor Mett Deymon anadan olub; 

1970 - rus yazıçı Aleksandr Soljenitsin Nobel Ədəbiyyat Mükafatına layiq görülmüşdür;

1991 - Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyası işə başlayıb. İctimaiyyətin və müxalifət qüvvələrinin tələbindən sonra çağrılan sessiyanın gündəliyinə Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi barədə məsələ salınmışdı. Sessiya gedişində qızğın müzakirələrdən sonra Konstitusiyaya dəyişikliklər deyil, müstəqillik haqqında ayrıca Konstitusiya qanununun (Konstitusiya Aktı) qəbul edilməsi qərara alındı. 
1993 - Moskvada Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstanın dövlət başçıları Boris Yeltsin, Heydər Əliyev, Levon Ter-Petrosyan və Eduard Şevardnadze arasında görüş olub. Dövlət başçıları Qafqazdakı vəziyyəti müzakirə ediblər. Bu, "Qafqaz dördlüyü" formatında keçirilən ilk görüş idi; 

1993 - Gürcüstan MDB-yə daxil olub; 

1998 - Nobel Ədəbiyyat Mükafatı Portuqaliyalı yazıçı Xose Saramaqo (Jose Saramago)ya verilmişdir; 

2001 - Duman nəticəsində Milan aeroportunda 2 təyyarə toqquşub, 118 nəfər həlak olur; 

2005 - Kəşmirdə (Pakistan) Rixter cədvəli üzrə 7,6 bal gücündə zəlzələ baş vermişdir. Zəlzələ nəticəsində 75000 nəfərə yaxın adam öldü, 106.000 nəfər yaralandı; 

2009 - nasir, 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü Əlibala Hacızadə vəfat edib; 

2011 - Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov 91 kq-dan yuxarı çəki dərəcəsində dünya çempionu olur. Bu Azərbaycan boks tarixində dünya çempionatlarında qazanılan ikinci qızıl medaldır. İlk dəfə bu nailliyyətə 2003-cü ildə Ağası Məmmədov imza atmışdır.

 

Mənbə: Milli.Az

8 oktyabr 2013
GO BACK