Qadin.NET / ABŞ Azərbaycanı azad və ədalətli seçkilərin keçirilməsinə çağırıb

ABŞ Azərbaycanı azad və ədalətli seçkilərin keçirilməsinə çağırıb

ABŞ Azərbaycanı seçkilər zamanı azad, ədalətli və şəffaf prosesinin keçirilməsinə çağırıb. Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət departamentinin mətbuat katibinin müavini Mari Xarf bazar ertəsi bildirib. "Birləşmiş Ştatlar bütün insanları Azərbaycanda seçki prosesində dinc iştirak etməyə, seçkilərdən əvvəl, vaxtında və sonra təmkinlik göstərməyə, həmçinin təcavüzün və ya təxribatın qarşısını almağa çağırır ", - Mari Xarf deyib. Vaşinqton həmçinin Azərbaycan hakimiyyətini vətəndaşlarının sərbəst toplaşmaq və söz azadlığının qorunmasının təmin edilməsinə çağırıb.

 

Mənbə: Milli.Az

8 oktyabr 2013
GO BACK