Qadin.NET / Hava haqqında - 08.10.2013

Hava haqqında - 08.10.2013

Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 10-12°, gündüz 13-16° isti, Bakıda gecə 10-12°, gündüz 14-16° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 765 millimetr civə sütunundan 768 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 3-8°, gündüz 16-21° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
arabir yağıntı olacağı, qar yağacağı, gündüz yağıntıların tədricən kəsiləcəyi gözlənilir.

Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 5-10°, gündüz 12-17° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperatur gecə 3-8°, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, yüksək dağlıq ərazilərdə 7°-dək şaxta, gündüz 3-8° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 8-13°, gündüz 14-19° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 10-13°, gündüz 15-18° isti, dağlarda gecə 2-7°, gündüz 8-11° isti olacaq.

Tibbi-meteoroloji proqnoz
Oktyabrın 8-i gündüzdən başlayaraq Abşeron yarımadasında hava şəraitinin tədricən sabitləşəcəyi, ayın 10-dək nisbətən mülayim keçəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Mənbə: Milli.Az

8 oktyabr 2013
GO BACK