Qadin.NET / Apple servisləri artırır

Apple servisləri artırır

 

AppleInsider və TechCrunch internet nəşrləri öz mənbələrinə istinadən bildirib ki, Apple şirkəti fərdi assistent xidməti rolunda çıxış edən Cue xidmətini satın alıb. Ekspertlərin qiymətləndirməsinə görə, sazişin dəyəri 35-dən 60 milyon dollara qədər təşkil edir. Həmçinin şirkətdəki mənbələrin məlumatına görə, Apple şirkəti artıq sazişi bağlayıb.Milli.Az ICTnews-a istinadən bildirir ki, Cue xidməti fəaliyyətinin ilk vaxtlarında Greplin adlanıb, o, bir sıra populyar platformalardan, məsələn, Gmail, Facebook, Twitterdən məlumatları əldə etməyə icazə verir. O, məlumatları sərbəst təşkil edir və məlumatları münasib növdə təqdim edir.Amerika şirkətindən bildirilib ki, Cue xidməti fəaliyyətini tamamilə dayandıracaq və istifadəçilərin məlumatları onlara geri qaytarılmayacaq. Cue Premiuma malik müştərilərə isə vəsaitin qalığı qaytarılacaq.

 

Mənbə: Milli.Az
7 oktyabr 2013
GO BACK