Qadin.NET / Bu ölkədə internetə 2 milyon adam nəzarət edir

Bu ölkədə internetə 2 milyon adam nəzarət edir

 

Beijing News nəşri yazır ki, Çində 2 milyon dövlət qulluqçusu internetdə vətəndaşların fəaliyyətinə nəzarət edir və populyar sosial şəbəkə və mikrobloqların təhlili vasitəsilə ictimai rəyi araşdırırlar.Milli.Az ICTnews-a istinadən bildirir ki, Çinin internet istifadəçilərinin sayı 500 milyondan çoxdur, onlar müntəzəm olaraq sosial şəbəkələrdə ünsiyyət saxlayır və mikrobloqlarda yazışırlar və dövlət tez-tez tənqid edilir.Siyasi və ya sosial ixtisaslardan ehtiyatlanan ÇXR hakimiyyəti internet kontentinə sərt nəzarət etməyə çalışır. Lakin kiberpolis heyətinin sayına baxmayaraq, arzuolunmaz status və ya şərhlərin qarşısını almaq həmişə mümkün olmur.Məlum olduğu kimi, son illərdə Çin hakimiyyəti bir çox sayt və xidmətlərə girişi məhdudlaşdırıb. Məsələn, Çində Facebook sosial şəbəkəsi və Twitter mikrobloqlar xidməti qadağan edilib.

 

Mənbə: Milli.Az
7 oktyabr 2013
GO BACK