Qadin.NET / Allergiyaya nə səbəb olur?

Allergiyaya nə səbəb olur?

 

Bəzən evdəki kif, toz və bu kimi başqa kiçik zərrəciklər göz allergiyasına səbəb olur. Həmçinin allergiyalar konyunktivit və astma kimi başqa problemlərlə də nəticələnir. Burun və göz allergiyalarının birləşməsi isə rinokonyunktivit adlanan xəstəliyin meydana gəlməsinə gətirib çıxarır.Milli.Az "Zaman Azərbaycan"a istinadən bildirir ki, mütəxəssislər qaşınma və sulanma ilə müşayiət olunan göz allergiyalarının törətdiyi fəsadlara diqqəti cəlb edirlər. Mütəxəssislərə görə, elə allergiyalar var ki, hətta ölümə belə səbəb olur. Allergiya törədən zərrəciklər (məsələn, kif və toz kimi) daha çox hava vasitəsi ilə yayılırlar. Ancaq bir məsələ var ki, qida və ya böcək sancmalarından irəli gələn allergiyalar hava vasitəsilə yayılan allergiyalar qədər gözlərə təsir götərmirlər. Ancaq bəzi kosmetik vasitələr, həmçinin antibiotik dərmanlar göz allergiyalarına səbəb olur.Ən yaxşı müalicənin allergiyaya səbəb olan maddələrdən qaçmaq olduğunu ifadə edən mütəxəssislər kilim, xalça, ayaqaltı (yumşaq oyuncaqlar da daxil olmaqla) və s. kimi materiallardan uzaq olmağı, çiçək tozlarının yayıldığı dövrdə daha çox qapalı məkanlarda qalmağı, həmçinn havatəmizləyici cihazlardan və gözləri tam əhatə edən gün eynəklərindən istifadə etməyi məsləhət görürlər. Əgər allergiyanın səbəbi dəqiq məlum deyilsə, həkimə müraciət etmək və onun məsləhəti əsasında müalicə qəbul etmək lazımdır.

 

Mənbə: Milli.Az
7 oktyabr 2013
GO BACK