Qadin.NET / Ermənistanda çörək məhsulları 6 faizdən çox bahalaşdı

Ermənistanda çörək məhsulları 6 faizdən çox bahalaşdı

Bu ilin sentyabr ayında Ermənistanda çörək məhsullarının qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1% bahalaşıb. APA-nın “Novosti-Armeniya”ya istinadən xəbərinə görə, yanvar-avqust aylarında Ermənistanda 196,5 min ton çörək istehsal olunub ki, bu da bir il əvvəlki göstəricidən (198,4 min ton) 1% azdır. Bu ilin səkkiz ayı ərzində Ermənistanda un istehsalı 35,1% azalaraq 141 841 tondan 92 752 tona düşüb.

 

Mənbə: Milli.Az

7 oktyabr 2013
GO BACK