Qadin.NET / Quba xalçalarının qiyməti

Quba xalçalarının qiyməti

 

Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Azərbaycanın qədim xalçaçılıq ənənlərinə sahib olan bölgələrindən biri də Qubadır. Rayonda xalçaçılığın tarixi V-VI əsrlərə gedib çıxır. Çiçi, Qımıl Alpan, Qırız, Ləcət və digər kompazisiyaların yer aldığı Quba xalçaçılıq məktəbi özünəməxsus ilmələri, üslubu və naxışlarına görə fərqlənir. Amma son dövlərdə gənclərin bu sahəyə marağı azalıb. Qubda yerləşən xalçaçılıq müəssisələrindən birinin rəhbəri Humay Məmmədova bildirir ki, bunun səbəbi texnologiyanın sürətlə inkişafıdır. Bir neçə il öncəyə qədər Quba xalçalarını alan şəxslərin arasında əcnəbilər üstünlük təşkil edirdisə, artıq müştərilər arasında azərbaycan vətəndaşlarının sayı artıb. Hazırda Quba xalçalarının 1 kvadratmetri üçün qiymət  270-500 manat arasında dəyişir.

 

Mənbə: Milli.Az

7 oktyabr 2013
GO BACK