Azərbaycan Təhsil Nazirliyi ölkənin təhsil sistemi Boloniya prosesinə qoşulduqdan sonra respublikanın ali məktəblərində təhsil alan bakalavr və magistrlərin təhsillərini tez başa vura bilib-bilmədiyinə aydınlıq gətirib.Nazirlikdən trend-ə verilən məlumata görə, bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir.Azərbaycan 2005-ci ildə Boloniya prosesinə qoşulduqdan sonra tələbələr tələb olunan kreditləri yığmaqla məktəbi daha tez başa vura bilərlər. Ancaq Boloniya prosesinə qoşulduqdan sonra respublikanın ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alanların təhsilini normativ müddətdən tez başa vurma halları olmayıb.Qeyd edək ki, Nazirlər Kabinetinin ötən ilin dekabrında təsdiqlədiyi "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları"na əsasən, ixtisasın təhsil müddətindən asılı olaraq, tələbələr bakalavriat səviyyəsində 240-300 kredit toplamalıdırlar. Həmin vaxtadək isə bakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 200-dən az olmamalı idi. Bakalavr səviyyəsi üzrə səhiyyə ixtisaslarına yiyələnmək istəyən tələbələr təhsil aldıqları 6 il ərzində 300-360 kredit toplamalıdırlar.Tələbələr tələb olunan kreditləri toplaya bildikləri təqdirdə, bu müddəti daha tez başa vura bilərlər
Mənbə: Milli.Az