Qadin.NET / Türkiyədə Azərbaycan vətəndaşları üçün prezident seçkilərində iki seçki məntəqəsi yaradılıb

Türkiyədə Azərbaycan vətəndaşları üçün prezident seçkilərində iki seçki məntəqəsi yaradılıb

 

Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarının qarşıdan gələn prezident seçkilərində səs vermələri üçün iki seçki məntəqəsi (Ankarada və İstanbulda) yaradılıb. Bu barədə Trend-ə açıqlamasında Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.Diplomatik nümayəndəlikdən deyilib ki, hazırda 636 Azərbaycan vətəndaşı konsulluq uçotundadır.Səfirlikdən vurğulanıb ki, Ankaradakı səfirlikdə və İstanbuldakı Baş Konsulluqda yaradılan hər iki seçki məntəqəsi seçkilərə hazırdır: seçki bülletenləri, protokollar və digər materiallar artıq seçki məntəqəsinə çatdırılıb.Səfirlikdən bildirilib ki, hər iki diplomatik nümayəndəliyin əməkdaşları Azərbaycanda prezident seçkiləri zamanı vətəndaşlarımızın səsvermə hüququnun reallaşdırılması üçün səfərbər ediliblər.

Mənbə: Milli.Az

7 oktyabr 2013
GO BACK