Qadin.NET / Devid Bekhem qəsrini satır

Devid Bekhem qəsrini satır

 

Məşhur futbolçu Devid Bekhem və xanımı Viktoriya Bekhem İngiltərənin Herdfordşir səmtindəki "Bekinqhem" qəsrini satırlar.Onlar qəsri 12 milyon funt-sterlinqə sataraq Londonun mərkəzi səmtlərindən birində 45 milyon funta malikanə almağa hazırlaşırlar.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Bekhemlər ailəsi qarajlarındakı bir neçə lüks avtomobili də satışa çıxaracaq.Devid Bekhem indi birmənalı olmayan hisslər keçirir. Çünki Herdfordşirdəki qəsr onun ailə həyatının ən xoş anlarının xatirələri ilə bağlıdır.Devid Bekhem 12 akr sahəsi olan qəsri 14 il əvvəl 2,5 milyon funt-sterlinqə satın almışdı.Devid və Viktoriyanın bütün övladları bu qəsrdə doğulub, böyüyüblər.Ötən illər ərzində qəsrdə genişmiqyaslı təmir və rekonstruksiya aparıldığından binanın dəyəri 4 dəfə artıb.

 

Mənbə: Milli.Az
7 oktyabr 2013
GO BACK