Qadin.NET / Balaca Versal 17,8 milyon dollara satılır

Balaca Versal 17,8 milyon dollara satılır

 

Balaca Versal 17,8 milyon dollara satılır

Kanadadakı varlı ailələrdən biri Fransadakı Versal sarayının surətini xatırladan malikanəsini 17,8 milyon dollara satışa çıxarıb.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Kanadanın Vuqan şəhərində inşa edilmiş "Chateu de Versailles" malikanəsində 6 yataq otağı, 12 vanna otağı, 30 avtomobil üçün qaraj və ticarət mərkəzinin yerləşə biləcəyi foye var.Malikanənin sahibi Fransada olarkən Versal sarayına "vurulub" və bu sarayın tam bənzərini inşa etdirmək qərarına gəlib."Qəribə səslənə bilər, amma bu malikanəni sevdiyim qadınla evlənəndən sonra onu eyvanda öpmək üçün tikdirdim", - adının çəkilməsini istəməyən biznesmen Toronto Star-a bildirib.Rokmeri Pleysdəki malikanə ilə artıq Çin, Rusiya və ərəb ölkələrindən olan milyonçular maraqlanmağa başlayıblar.

Mənbə: Milli.Az
7 oktyabr 2013
GO BACK