Qadin.NET / Rüsvayçılıq anları: erməni Olimpiya məşəlini söndürdü

Rüsvayçılıq anları: erməni Olimpiya məşəlini söndürdü

 

2014-cü ildə Rusiyanın Soçi şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının məşəli Moskvaya çatdırılıb.Ötən həftə Yunanıstanda, Olimpiyada yandırılmış bu məşəl Moskvaya çatdırılandan sonra Kremlə aparılmışdı.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, məşəl Kremldəki təntənəli mərasimdə Rusiya prezidenti Vladimir Putinə təqdim olunmalıydı.Kremlin giriş qapısından V.Putinin olduğu tribunaya qədər məşəli erməni, 60 yaşl Şavarş Karapetyan qaçaraq aparmalıydı. Üzgüçülük üzrə sabiq Sovetlər Birliyinin çempionu olmuş Ş.Karapetyan məşəli götürərək qaçmağa başlayan kimi məşəl sönüb.Rüsvayçılıq anları erməninin yol kənarında durmuş mühafizəçiyə yaxınlaşması və "Yandır bu məşəli" deməsindən sonra bitib.Mühafizəçi alışqanla məşəli yandırandan sonra pərt Ş.Karapetyan qaçmağa davam edib.

 

Mənbə: Milli.Az
7 oktyabr 2013
GO BACK