Qadin.NET / Vladimir Putin ad gününü qeyd edir

Vladimir Putin ad gününü qeyd edir

 

Bu gün Rusiya Federasiyasının prezidenti Vladimir Putinin doğum günüdür. O, 61 yaşına keçir. 

Milli.Az Vikipediyaya istinadən xəbər verir ki, Vladimir Vladimiroviç Putin 7 oktyabr 1952-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində dünyaya gəlib. Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1975-ci ildən SSRİ DTK-da xidmətə başlayıb. Bir müddət Almaniyada işləyib. 1989-cu ildə tərxis olunaraq Leninqrad Dövlət Universitetinin prorektoru Anatoli Sobçakın köməkçisi işləyib.8 may 2008-ci ildən Rusiya Federasiyası hökumətinin sədri, 7 may 2000-ci ildən 7 may 2008-ci ilədək Rusiya Federasiyasının ikinci prezidenti olub. Hazırda üçüncü müddətə Rusiya Federasiyasının prezidentidir. 7 may 2008-ci ildən Vahid Rusiya Partiyasının sədridir.

Mənbə: Milli.Az

7 oktyabr 2013
GO BACK