Qadin.NET / Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

 

 

Miladi: 07 oktyabr 2013
Hicri: 01 Zülhəccə 1434
İlin 280-cı günü
İlin sonuna 85 gün qalır
Bu günün namaz vaxtları 
Fəcr - 06.34
Günəş - 07.43
Zöhr - 13.33
Əsr - 17.11
Məğrib – 19.28
İşa – 20.45
E.ə.3761 - Yəhudi inancına görə dünyanın yarandığı gün.
1737 - Hündürlüyü 13 metri aşan dalğalar Hindistanda 100 000 insanın həyatına son qoydu. 
1769 - İngilis dəniz səyyahı Kapitan Kuk (Captain Cook) Yeni Zelandiya adalarını kəşf etdi.
1806 - Karbon kağızı kəşf edildi.
1809 - Amerikalı yazıçı Edqar Allan Po vəfat edib.
1826 - ABŞ-da ilk dəmir yolu istifadəyə verilmişdir.
1885 - Danimarkalı fizik Nils Bor anadan olub. 
1900 - III Reyxin hərbi və siyasi xadimi Henrix Himmler anadan olub.
1926 - İtaliyada faşist partiyası özünü rəhbər partiya elan etmişdir, digər partiyaların fəaliyyəti qadağan edilmişdir.
1933 - "Air France" şirkəti təsis olunmuşdur.
1940 - Almaniya və İtaliya əsgərləri Rumıniyanı işğal etmişlər.
1949 - Almaniya Demokratik Respublikası (ADR) qurulmuşdur.
1950 - Tereza Ana xeyriyyə fondu yaradılmışdır.
1950 - Rusiyalı teleaparıcı Vladimir Molçanov anadan olub. 
1952 - Rusiya prezidenti Vladimir Putin anadan olub. 
1963 - Haiti və Dominikan Respublikasında Flora qasırğası nəticəsində 7190 insan ölmüşdür.
1963 - ABŞ prezidenti Con Kennedi nüvə sınaqlarının qadağan edilməsinə dair SSRİ, ABŞ, Böyük Britaniya arasındakı üçtərəfli sazişi imzalamışdır.
1967 - Amerikalı müğənni Toni Brekston anadan olub. 
1968 - Radiohead qrupunun vokalisti Tom York anadan olub.
1970 - Riçard Nikson, Vyetnam Müharibəsinə son verəcək beş maddəlik sülh şərtlərini açıqlamışdır.
1971 - Fransada qanuni və nikahdankənar doğulan uşaqlar barədə diskriminasiyanı ləğv edən qanun qəbul edilmişdir.
1977 - SSRİ-də yeni konstitusiya qəbul edilmişdir.
1985 - Aşilə Lauro (Achille Lauro) adlı səfər gəmisi Fələstin döyüşçüləri tərəfindən qaçırılmışdır.
1988 - Türkiyənin Ərzurum vilayətindəki qazıntılar nəticəsində ermənilərin türk əhalisinə qarşı 1918-ci ildə törətdiyi Yaşılyayla soyqırımı aşkarlanmışdır.
1992 - Azərbaycan Ali Soveti MDB-yə daxil olmağın əleyhinə səs vermişdir.
1994 - Azərbaycan Respublikası Küveyt ilə diplomatik əlaqələr qurmuşdur.
2001 - ABŞ Əfqanıstanda hərbi əməliyyatlara başlamışdır.
2002 - Nobel Tibb Mükafatı ingilis alimləri Sidney Brenner və Con Sulston ilə amerikalı Robert Horvitsə verilmişdir.
2002 - İsrail silahlı qüvvələrinin Qəzzada Xan Yunusa qarşı hücumunda 14 fələstinli öldürülmüş, 110 nəfər yaralanmışdır.
2003 - Kinoaktyor Arnold Şvartsenegger Kaliforniyanın qubernatoru seçilmişdir.

Mənbə: Milli.Az

7 oktyabr 2013
GO BACK