Misirdə devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları ilə polis arasında baş vermiş qarşıdurmalar zamanı 44 nəfər həlak olub.Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, polisin nümayişçilərə atəş açması nəticəsində ölənlərin sayının 44-ə, xəsarət alanların isə 240-a çatdığı bildirilir.Misir Səhiyyə Nazirliyi bu ana qədər 40-ı paytaxt Qahirədə olmaqla ölkə ərazisində ən azı 44 nəfərin həyatını itirdiyini, 240-dan çox insanın isə yaralandığını açıqlayıb. Daxili İşlər Nazirliyi toqquşmalarda 423 M.Mursi tərəfdarının saxlanıldığını bəyan edib.
Mənbə: Milli.Az