Qadin.NET / Suriyada kimyəvi silahların məhv edilməsi prosesinə start verildi

Suriyada kimyəvi silahların məhv edilməsi prosesinə start verildi

 

Suriyada kimyəvi silahların məhv edilməsi prosesinə start verildi

Suriyalılar Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) ekspertlərinin rəhbərliyi altında özlərinin kimyəvi silah arsenalının bir hissəsini məhv ediblər. Trend-in məlumatına görə, bu barədə BMT-nin mətbuat xidməti xəbər yayıb.Suriyalı mütəxəssislər döyüş sursatlarının bir hissəsini, o cümlədən döyüş başlıqları, aviabombalar və bir sıra avadanlıqları məhv ediblər.Məlumatda, həmçinin qeyd olunur ki, kmyəvi silah arsenalının məhv edilməsi prosesi sonrakı həftələrdə də davam etdiriləcək.Qeyd edək ki, Suriyada bütün kimyəvi silahların gələn ilin birinci yarısında məhv edilməsi planlaşdırır.

 

Mənbə: Trend.AZ

7 oktyabr 2013
GO BACK