Şirkət 2014 il Outback modelinin restaylinq edilmiş versiyasını təqdim edib. Universal yüngül kosmetik dəyişikliklərlə fərqlənir və yeni iki litrlik dizellə lovğalana bilər.Milli.Az 4charx.com-a istinadən bildirir ki, Subaru hələ ki, oppozit mühərrikin gücünü dəqiqləşdirmir (təxmini, 150 a.g. və 350 Nm), ancaq Outback-ın belə modifikasiyasının əlverişli olduğunu xüsusi qeyd edir - model 100 kilometr məsafədə 5,5 litr yanacaqla kifayətlənə bilər. Aqreqat Lineartronic variatoru ilə cütlükdə işləyəcək.Restaylinq edilmiş universal kuzov rəngində bamperlərlə, həmçinin opsiyada 17 düymlük disklərlə fərqlənir. Onun interyerində bəzi tərtibat materialları təkrar gözdən keçirilib. 2014 Subaru Outback Avropa satışları artıq noyabrda başlayır.
Mənbə: Milli.Az