Qadin.NET / Ofis işinin cəzası

Ofis işinin cəzası

 

 

Kişilərdə xroniki prostatit irsi meyllə yanaşı, prostatın iltihabına rəvac verən amillərin təsiri ilə yaranır.Milli.Az eurolab.ua-ya istinadən bildirir ki, xroniki prostatitə irsi meyl bəzi kişilərdə daxili cinsi orqanların qan dövranındakı bəzi xüsusiyyətlər, məsələn, venoz dövranın pozulması ilə əlaqədardır. Onların venoz sistemi şəbəkəyə bənzəyir, bu isə damarda qanın yığılıb qalması, dəyişməməsi, təzələnməməsi ilə nəticələnir. Çox zaman xroniki prostatitlə yanaşı, eyni zamanda babasil, toxum kanatının varikoz genişlənməsi (varikosele), ayaqlarda varikoz genişlənmə kimi xəstəliklərə də rast gəlinir. Qan dövranının pisləşməsi nəticəsində cinsi orqanların toxumalarının oksigen və qidalandırıcı maddələrlə təchizatı pisləşir, yerli immunitet azalır, maddələr mübadiləsi yavaşıyır, hormonal balans pozulur. Nəticədə infeksiyalar üçün rahat mühit yaranır. Yalnız xroniki prostatitin inkişafı üçün sadəcə bu xəstəliyə meyllilik kifayət sayılmır. Bu xəstəliyə rəvac verən amillərdən biri və ən əsası da ofis işi, yəni hərəkətsizlikdir. Saatlarla bir yerdə oturmaq bütün bədəndə qan dövranının yavaşımasına gətirib çıxarır. Odur ki, gün ərzində bir neçə dəfə yüngül gimnastika etmək, işdən sonra idmanla məşğul olmaq faydalı olar. 

Mənbə: Milli.Az

6 oktyabr 2013
GO BACK