Azərbaycanda keçiriləcək prezident seçkisi ilə bağlı bu gün seçki bülletenlərinin məntəqələrə çatdırılması prosesi başa çatıb. Bu barədə Trend-ə Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən məlumat verilib.Məlumata görə, seçki bülletlenlərinin məntəqələrə paylanması başa çatdıqdan sonra bütün məntəqələr polislə mühafizə olunur.Qeyd edək ki, Azərbaycanda prezident seçkisi oktyabrın 9-da keçiriləcək.
Mənbə: Milli.Az