Qadin.NET / İncilə əl basmaq yasaqlanır?

İncilə əl basmaq yasaqlanır?

 

 

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, Böyük Britaniyanın hakimləri məhkəmələrdə İncilə əl basıb and içmək mərasiminin götürülməsini istəyirlər. Daily Mail yazır ki, onlar şahidlərin və müttəhimlərin bu andları ciddi qəbul etmədikləri qənaətindədirlər."Məhkəmə prosesindən müqəddəs kitablarının yığışdırılmasını təklif edirəm. Bunun əvəzinə insanlar göstərməlidirlər ki, yalan söylədikləri təqdirdə həbsxanaya göndəriləcəklərini dərk edirlər", - Bristoldan olan hakim İen Ebrahams deyib.And əvəzinə şahidlər Allahın adını çəkmədən doğru söyləyəcəklərini söz verə bilərlər. 23 min iclasçını birləşdirən Hakimlər Assosiasiyasının üzvləri bu məsələni oktyabrın 19-da Kardiffdə müzakirə edəcəkər. Qəbul olunduğu halda, məsələyə Ədliyyə Nazirliyi baxacaq. 

Mənbə: Milli.Az

6 oktyabr 2013
GO BACK