Yaponlar süni tüpürcək və göz yaşı vəzləri yetişdiriblər. Sonra həmin vəzləri canlı siçanın bədəninə köçürüblər. Milli.Az medinfo.ua-ya istinadən bildirir ki, bu, insan bədənin zədələnmiş orqanlarının əvəzlənməsində yardımçı ola bilər. Yaponların bu cür orqanların yetişdirilməsində təcrübələri az deyil. Məsələn, 2013-cü ilin iyulunda yapon bioloqları qaraciyərin süni analoqunu yaradaraq onu siçanın qan-damar sisteminə birləşdirmişdilər. İndi isə Keyo Universitetinin alimi Takaşi Tsudzi və həmkarları siçanın rüşeymini tədqiq etdikdən sonra süni tüpürcək və göz yaşı vəzləri yarada biliblər. Tədqiqatın müəllifləri zülallardan və vəzlərin inkişafına təir edən siqnal molekullarından yararlanıblar.
Mənbə: Milli.Az