
"Mənzil tikintisinin orta maya dəyəri barədə birmənalı söz demək çətindir. Paytaxtın hansı rayonunda olmasından və növündən asılı olaraq qiymətlər də dəyişir. Məsələn, Bakıda, rəsmi statistikaya görə, yeni tikilidə 1 kv.m-in orta maya dəyəri 260-265 manat təşkil edir. Ancaq bu məbləğə qeyri-rəsmi ödəmələri də əlavə etmək lazımdır. Paytaxtın mərkəzinə doğru tikintinin maya dəyəri də artır. Axı tikintiyə rəsmi nəzarət edən adamların da sayı artır. Orta hesabla qeyri-rəsmi ödəmələr mənzil tikintisinin maya dəyərini iki dəfə üstələyir".Milli.Az Day.az-a istinadən bildirir ki, bunu "РС…Рѕ" qəzetinə müsahibəsində "Əmlak bazarı iştirakçıları" İB-nin icraçı direktoru Ramil Osmanov deyib. Direktor həmçinin bildirib ki, tikinti şirkətlərinin gəlirləri də fərqlənir: "Elə şirkət var ki, gəlirləri xərclərindən üç dəfə çoxdur. Bunlar əsasən şəhərin mərkəzində tikinti aparanlardır. Ümumilikdə, tikinti mərkəzdən nə qədər aralıda apırılırsa, şirkətin gəliri bir o qədər azalır. Ancaq elə şikrətlər də var ki, satış zamanı da xərclərini çıxara bilmirlər. Gəlirlərə tikintinin maliyyələşdirilməsinin böyük təsiri var. Elə olur ki, tikinti şirkəti tikintini kənar vəsaitlərin hesabına aparır. Yəni, məsələn, qısamüddətli, ancaq yüksək faizli kreditlərin hesabına. Maliyyə mənbəsindən savayı, tikinti şirkətinin imici də onun gəlirlərinə ciddi təsir göstərir".
Mənbə: Milli.Az