Futzal üzrə Azərbaycan çempionu “Araz”ın UEFA Kubokunun elit raundundakı bütün potensial rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, elit raunda vəsiqəni Belçika “Şatelino”su, Yunanıstan “Afina”sı və Rumıniya “Tarqu Mureş”i ilə mübairəzə əldə edən təmsilçimizin növbəti rəqibləri oktyabrın 18-də müəyyənləşəcək.Həmin gün keçiriləcək elit raundun püşkatmasında komandamıza bu klublar rəqib ola bilərlər: “Kayrat” (Qazaxıstan), “Dinamo” (Rusiya), “Barselona” (İspaniya), “Sportinq” (Portuqaliya), “Dyor” (Macarıstan), “Tanqo” (Bosniya və Herseqovina), “Tulpar” (Qazaxıstan), Lokomotiv (Ukrayna), “Xrudim” (Çexiya), “Litiya” (Sloveniya), “Ekonomats” (Serbiya), “Eyndhoven” (Hollandiya), “Tarqu Mureş” (Rumıniya). Daha iki vəsiqəyə isə Slovakiya “Slov-Matik”i, Latviya “Nikars”ı və Belarus “Viten”i iddialıdır.Qeyd edək ki, bu klublar elit raundda 4 qrupa bölünəcəklər. Dördlər finalına yalnız qrup qalibləri yüksələcəklər. Həmin oyunlar noyabrın 19-24-ü aralığında keçiriləcək.Onu da bildirək ki, Bakı UEFA Kubokunun elit raundunun oyunlarına ev sahibliyi etməkdə iddialıdır.
Mənbə: Milli.Az