Qadin.NET / Başından zədə alan xanım prezidenti istirahətə göndərirlər

Başından zədə alan xanım prezidenti istirahətə göndərirlər

Argentina prezidenti Kristina Fernandes de Kirşner sağlamlıq durumuna görə bir ay müddətinə vəzifəsindən uzaqlaşa bilər.Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə prezidentin mətbuat katibi Alfredo Skoççimaroya istinadla Frans Press agentliyi xəbər yayıb. Onun sözlərinə görə, həkimlər Kirşnerə bu ilin avqustunda başından aldığı zədə səbəbində yaranan subdural hematomaya görə istirahət etməyi məsləhət biliblər. Skoççimaro bildirib ki, Kirşner zədə alandan sonra dərhal müayinədən keçsə də, o zaman həkimlər heç bir zədə aşkarlamamışdılar. 60 yaşı olan Kirşnerdə 2011-ci ildə qalxanabənzər vəzinin xərçəngi aşkarlanmışdı. Ötən ilin əvvəlində o, uğurlu əməliyyat keçirib bu mərəzdən qurtulmuşdu. 

 

Mənbə: Milli.Az

6 oktyabr 2013
GO BACK