Qadin.NET / Soyuqdəymə əleyhinə pulsuz dərman

Soyuqdəymə əleyhinə pulsuz dərman

İllərin sınağından çıxmış preparatlara vaxt keçdikcə orqanizm öyrəşir, bu səbəbdən soyuqdəyməsi olanlar həftələrlə sağala bilmirlər. Ancaq soyuqdəymənin çox asan, həm də pulsuz müalicəsi var. ABŞ-ın Karnegi-Mellon Universitetinin alimləri deyirlər ki, yuxu orqanizmi o qədər möhkəmlədir ki, hətta soyuqdəymə xəstəliklərinin da qarşısını əla alır. Milli.Az eurolab.ua-ya istinadən bildirir ki, bunu təsdiqləmək üçün onlar təcrübələr aparıblar. Əvvəlcə könüllüləri rinovirusa yoluxdurublar. Bunun nəticəsində onların hamısı nəfəs yollarının infeksion xəstəliklərinə tutulmalıydılar. Lakin sutkada 8 saat, rahat yuxu yatan könüllülərin əksəriyyəti xəstələnməyib, xəstələnənlər isə çox tez sağalıblar. Meditasiya seansları da oxşar təsir göstərir. Həm yuxu, həm meditasiya müasir insanın həyatını dolduran istənilən stressin nəticəsində yaranan kortikosteroid hormonları fəaliyyətdən salır və beləliklə orqanizmi möhkəmlədir. Nəticədə orqanizm viruslarla daha asan mübarizə aparır. 

Mənbə: Milli.Az

6 oktyabr 2013
GO BACK