Qadin.NET / Azərbaycanlı Ginnesin Rekordlar Kitabına düşdü

Azərbaycanlı Ginnesin Rekordlar Kitabına düşdü

 

Azərbaycanlı Ginnesin Rekordlar Kitabına düşdü

Gürcüstanın Borçalı rayonunda yaşayan azərbaycanlı, «Maqnit adam» ləqəbli Etibar Elçiyev Budaqlı Ginnesin Rekordlar Kitabının 2014-cü il üçün hazırlanmış versiyasına düşüb.APA-nın Gürcüstan bürosunun məlumatına görə, Kitabda qeyd olunub ki, Etibar Elçiyev Budaqlı 5-ci reytinq yerini tutub və 5-ci rekordçu kimi ilk azərbaycanlı olaraq Rekordlar Kitabında yer alıb.«Maqnit adam» Gürcüstanda «İlin rekordçusu» elan edilib, İtaliya, Almaniya və Pekində dünya rekordu qazanaraq sertifikat və medallara təltif edilib.E.Elçiyev APA-ya açıqlamasında indiyədək 4 dəfə dünya rekordu əldə etdiyini və tam gücü ilə 5-ci dəfə rekordçu olmaq üçün ciddi hazırlaşdığını bildirib: «Mən daha bir yarışa ciddi hazırlaşıram. Bu dəfə bədənimlə 150 kq-a qədər çəki qaldırmaq fikrindəyəm».Qeyd edək ki, ənənəyə görə, Ginnesin Rekordlar Kitabı bir il əvvəl hazırlanır və il başlanan kimi təqdimatı keçirilir.Xatırladaq ki, E.Elçiyevin bədənində bioenerji var və o, öz qeyri-adi həkimlik bacarığı ilə xəstələri müalicə edir.

Mənbə: Lent.Az

6 oktyabr 2013
GO BACK