Fransalı deputatlar Azərbaycanın işğal altında olan torpaqlarına səfər ediblər. Anspress-in "armtoday.info"ya istinadla verdiyi məlumata görə, separatçı rejimin rəhbəri Bako Saakyan parlamentin deputatı Fransua Roşbluanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə qondarma rejimlə Fransa arasındakı əlaqələr, regional məsələlər müzakirə edilib.Ermənistan tərəfindən işğal edilən torpaqlarda qurulan separatçı rejimin rəhbəri erməni əsilli fransız xeyriyyəçi Aram Caburyana "Təşəkkür" medalı təqdim edib. Xatırladaq ki, bir müddət öncə Fransanın Vien şəhərinin meri Jak Remenin başçılıq etdiyi nümayəndə heyəti qondarma Dağlıq Qarabağ Respublikasına səfər etmişdi. Xarici İşlər Nazirliyini mətbuta xidmətinin rəhbəri Elman Abdullayev Anspress-ə açıqlamasında səfər barədə Azərbaycanın Fransadakı səfirliyinin təlimatlandırıldığını bildirmişdi. “Fransanın Vien şəhərinin meri Jak Remenin başçılıq etdiyi nümayəndə heyətinin Dağlıq Qarabağa səfəri ilə bağlı biz səfirliyimizə təlimat göndərmişik. Onlar məsələni araşdırıb bizə məlumat verəcəklər. Əgər belə bir şey baş versə, biz lazımı addımları atacağıq”.
Mənbə: Milli.Az