Qadin.NET / 4 fincan şizofreniya

4 fincan şizofreniya

 

Kofeinli qazlı su uşaq beyninin inkişafına əngəl törədir. Yeniyetmə çağında beyin inkişaf etməzsə, uşaqda şizofreniya, narkomaniya, şəxsiyyətin digər pozuqluqları ortaya çıxa bilər. Milli.Az medinfo.ua-ya istinadən bildirir ki, yeniyetmə çağında lazımsız neyron birləşmələri - sinapslar yoxa çıxır. Bu proses üçün isə yuxu çox vacibdir. Kofeinin 300-400 milliqramı (gündə 4 banka energetik içki və ya 3-4 fincan qəhvə) isə uşaqların və yeniyetmələrin sağlamlığına ciddi ziyan vura bilər. Sürixin Uşaq Hospitalı Universitetinin professoru Reto Uber deyir ki, bir banka Red Bull-da 80 milliqram kofein var. Son 30 ildə uşaqlar və gənclərin kofein istehlakı 70%-dən də çox artıb. Bunu təsdiq etmək üçün alimlər siçanlar üzərində təcrübə keçiblər. Gəmiricilərə kofeinli su veriblər. Nəticədə onlar adi su içən siçanlara nisbətən daha pis yatıblar, beyinlərində isə daha çox sinaps aşkar olunub, yəni onların ləğvi prosesi pozulub.

Mənbə: Milli.Az

6 oktyabr 2013
GO BACK