Qadin.NET / Ermənistan ordusu mövqelərimizi atəşə tutub

Ermənistan ordusu mövqelərimizi atəşə tutub

 

 

Ermənistan ordusunun bölmələri oktyabrın 5-də və 6-da gecə Ermənistanın Berd rayonunun Ayqedzor kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun Tovuz rayonunun Muncuqlu və Qaralar kəndlərində yerləşən mövqelərini atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Tərtər rayonunun Yarımca kəndi, Füzuli rayonunun Horadiz şəhəri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.

Mənbə: Milli.Az

6 oktyabr 2013
GO BACK