Qadin.NET / Amansız boks: karyerasında ilk dəfə uduzdu

Amansız boks: karyerasında ilk dəfə uduzdu

 

Ukraynalı boksçu Vladimir Kliçko şənbə günü Moskvada "Olimpiya" idman kompleksində titul döyüşündə rusiyalı Aleksandr Povetkinə qalib gəlib.Trend RİA Novosti agentliyinə istinadən bu barədə məlumat verir. Döyüş 37 yaşlı Kliçkonun xal qələbəsi ilə başa çatıb. Hər üç hakim Vladimir Kliçkoya yekdilliklə qələbə veriblər. Bu məğlubiyyət 34 yaşlı Povetkinin karyerasında birinci dəfə olub. Bundan öncə Rusiya boksçusu 26 döyüşün (onlardan 18-ü nokautla) hamısında qalib gəlib, Kliçko isə 61 dəfə qələbə qazanıb (51 - vaxtından əvvəl) və üç dəfə məğlub (hamısı - nokautla) olub.

Mənbə: Milli.Az

6 oktyabr 2013
GO BACK