Qadin.NET / Hava haqqında - 06.10.2013

Hava haqqında - 06.10.2013

 

 

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.
Temperatur gecə 10-12°, gündüz 12-16° isti, Bakıda gecə 10-12°, gündüz 14-16° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 754 millimetr civə sütunundan 758 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında şimşək çaxacaq, arabir yağış yağacaq.
Temperatur gecə 7-12°, gündüz 15-19° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə və gündüz 3-8° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağış yağacağı ehtimal olunur.
Temperatur gecə 7-12°, gündüz 15-19° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış yağacaq.
Temperaturun gecə 5-10°, gündüz 10-15° isti, yüksək dağlıq ərazilərdə gecə 0°-yə yaxın olacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 10-14°, gündüz 14-18° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
fasilələrlə yağış yağacağı ehtimalı var.

Temperatur gecə 10-14°, gündüz 10-18° isti, dağlarda gecə 5-9°, gündüz 9-14° isti olacaq.

Mənbə: Milli.Az

6 oktyabr 2013
GO BACK