Rusiya baş naziri Dmitri Medvedev iri şəhərlərdə etnik anklavların yaradılmasının yolverilməz olduğunu bildirib. Anspress-in məlumatına görə, o, bu barədə “Vahid Rusiya” partiyasının bu gün keçirilən qurultayında bildirib. Medvedevin sözlərinə görə, etnik ankalavların formalaşması iri şəhərlərdə cinayətkarlığın artmasına və yerli əhalinin narazılığına səbəb olur. Baş nazirin fikrincə, gəlmələr Rusiya cəmiyyətinin qaydalarına riayət etməlidirlər və hakim partiya bu məsələni nəzarətdə saxlamaq üçün xüsusi proqram hazırlamalıdır. Rusiya Federal Miqrasiya Xidmətinin məlumatına görə, Rusiyada 13 milyon xarici vətəndaş var və onların 3 milyon ölkədə qeyri-leqal yaşayır. Qeyri-rəsmi məlumatlara görə, Rusiyada qeyri-leqal miqrantların sayı təxminən 10-12 milyondur
Mənbə: Milli.Az