Qadin.NET / Azərbaycan kitab bazarında rekord

Azərbaycan kitab bazarında rekord

 

1000 nüsxəlik tirajla nəşr olunan kitab 1 ay ərzində satılıb

 

Məşhur əfqan əsilli Amerika yazarı Xalid Hüseyninin sonuncu kitabı “Və dağlardan səda gəldi” Azərbaycan dilində nəşr olunub. Anspress-in məlumatına görə, sentyabrın 6-da 1000 nüsxəlik tirajla nəşr olunub və 1 ay ərzində hamısı bitib. Kitab “Əli və Nino” və “Qanun” Nəşriyyatlarının birgə layihəsdir.
Xatırladaq ki, Xalid Hüseyninin ilk 2 kitabı da “Çərpləng uçuran” və “Min möhtəşəm günəş” daim bestseller siyahısında yer tutur. Azərbaycan dilinə onun hər üç kitabı tərcümə olunub, üçüncü kitabın tərcüməsi isə türk və rus dillərində olan tərcümələrdən daha tez işıq üzü gördü.

 

Mənbə: Milli.Az

5 oktyabr 2013
GO BACK