Qadin.NET / Çinlilər nəhəng şəbəkə qururlar

Çinlilər nəhəng şəbəkə qururlar

 

 

Çinin China Mobile mobil rabitə operatoru bir sıra LTE şəbəkə avadanlığı tədarükçüləri ilə ümumi məbləği 3,2 milyard dollar təşkil edən saziş imzalayıb. Bu barədə operatorun məlumatında deyilir.Sazişlər operator tərəfindən LTE şəbəkəsinin qurulmasının birinci mərhələsi çərçivəsində həyata keçirilir. Sənədə əsasən, Alcatel-Lucent Fransa-ABŞ istehsalçısı cari ilin sonunadək 207 min baza stansiyası tədarük edəcək ki, bu da alışların ümumi sayının 11 faizi deməkdir. Bundan başqa, operator Ericsson və NSN şirkətləri ilə də saziş imzalayıb, lakin sənədlərin şərtləri haqqında hələlik məlumat verilmir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, operator beynəlxalq şirkətlərlə yanaşı, Çinin Datang Mobile, FiberHome Technologies, Potevio və New Postcom Equipment Company istehsalçılarından da avadanlıq alır. Qeyd edək ki, IHS analitik şirkətinin məlumatına görə, 2013-cü ildə dünyada LTE şəbəkəsi infrastrukturunun bazar həcmi 24 milyard dollara yaxın olacaq ki, bu da 2012-ci ilin illik göstəricisindən təxminən 3 dəfə çoxdur.

 

 

Mənbə: Milli.Az

5 oktyabr 2013
GO BACK