Qadin.NET / Bənzərsiz Bentley Continental

Bənzərsiz Bentley Continental

İrlandiyanın ONYX Concept dizayn-studiyası bu ərəfədə unikal Bentley Continental GTVX sportkarı təqdim edib. İdman avtomobili onun üçün xüsusi olaraq hazırlanmış kuzovun aerodinamik asqısı və ONYX şirkətinin dizaynerləri tərəfindən hazırlanmış təkər diskləri ilə təchiz edilib. Bunlarla birlikdə Britaniya kupesi bəzi texniki yeniliklər də əldə edib ki, nəticədə avtomobilin gücü artıb, idarəetmə və sürətlənmə göstəriciləri yaxşılaşıb.Milli.Az 4charx.com-a istinadən bildirir ki, bayırdan avtomobil üç hava çəpərli və işıq diod hərəkət işıqlarıyla başqa görünüşlü qabaq bamper, yan ətəklər, təkər tağları üçün 30-millimetrlik genəldicilər, havalanan kapot, dördqabırğalı fərqli arxa bamper diffuzoru və yük yerində dar spoyler əldə edib. 10 millimetr endirilmiş klirens, 22 düymlük döymə disklər və işlənmiş qazın xaricetmə sisteminin rombabənzər qoşa-qoşa boruları vizual yenilənmələrin siyahısını tamamlayırlar. ONYX mütəxəssislərinin sayəsində 4,0-litrlik səkkiz silinrli biturbq mühərrik hasilatını 600 at gücünə qədər artırıb və 100 km/saat sürətlənməyə 4 saniyədən də az vaxtda nail ola bilir.

 

Mənbə: Milli.Az

5 oktyabr 2013
GO BACK