Millət vəkili Qənirə Paşayeva 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Tovuzda müəllimlərlə ilə görüşüb.Lent.az-a verilən məlumata görə, müəllimləri ayrı-ayrı ziyarət edən millət vəkili gənclərin həm savadlı, həm də bir insan, şəxsiyyət kimi yetişməsində onların böyük roluna toxunub və onlara bu şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.Q. Paşayeva Tovuz rayonu üzrə təhsil göstəricilərinin hər il artdığını və yüksək bal toplayaraq ali məktəblərə daxil olan məzunlarının sayının ilbəil artmasının sevindirici hal olduğunu vurğulayıb.Görüş zamanı müəllimlərin əmək haqlarının daha da artmasının vacibliyi məsələsinə də toxunan Q. Paşayeva bu istiqamətdə yeniliklərin olacağına inandığını deyib.Millət vəkili ən gözəl hədiyyənin kitab olduğunu deyib, müəllifi olduğu kitabları müəllimlərə hədiyyə edib.
Mənbə: Lent.Az