Qadin.NET / O, ən bahalı avtomobil oldu

O, ən bahalı avtomobil oldu

1963 Ferrari 250 GTO yarış avtomobili bütün tarix boyu nə vaxtsa istər hərrac vasitəsilə, istərsə də birbaşa satılmış ən bahalı avtomobil oldu. İnanmaq çətindir, amma onun naməlum qalmağa qərar vermiş alıcısı keçən ay raritet avtomobil üçün Paul Pappalardoya 52 milyon dollar ödəyərək modeli alıb. Milli.Az 4charx.com-a istinadən bildirir ki, ağlasığmaz dərəcədə bahalı avtomobil 5111 saylı nömrə nişanına və həmçinin fransız yarışçısı Jean Guichet-in idarəsi altında 1963 Tour de France şose yarışında qələbə də daxil olmaqla şanlı tarixə malikdir. Əvvəlki qiymət rekordu da həmçinin Ferrari 250 GTO-a aid idi, amma həmin avtomobil 1962-ci il buraxılışı idi. Həmin avtomobil 2012-ci ildə, sən demə çox "ucuz", cəmi 35 milyon dollara satılmışdı. Şübhəsiz ki, italyan şirkəti belə bir faktla fəxr edir ki, onun məhsulları dünyada ən bahalı avtomobillərdir. 1963 Ferrari 250 GTO belə yüksək dəyəri tamamilə izah edilə biləndir. 1962-dən 1964-cü ilə qədər cəmi 36 belə avtomobil istehsal edilib. Onlardan hər biri 300 at gücü hasil edən 3-litrlik mühərriklə və 5-pilləli mexaniki ötürmə qutusu ilə lovğalana bilirdi. Yeri gəlmişkən, o zaman GTO dəyəri 18000 dollar təşkil edirdi. Lakin bir məsələ var idi ki, hər bir alıcını Enzo Ferrarinin şəxsən təsdiq etməli idi.

 

 

Mənbə: Milli.Az

5 oktyabr 2013
GO BACK