Qadin.NET / İkibaşlı buzov doğuldu

İkibaşlı buzov doğuldu

ABŞ-ın Vermont şəhərinin yaxınlığında, Uaytinq səmtindəki fermalardan birində ikibaşlı buzov doğulub. Buzovun 2 başı, 2 ağzı, 4 gözü və bir beyni var. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, fermer Kirsten Kesnelin dediyinə görə buzov sağlamdır. "Bölgədəki fermalarda indiyədə qədər də anomaliyaları olan heyvanlar doğulmuşdu. Amma bu buzovun sağ qalması nadir hadisədir. Üstəlik, buzov iki ağzı ilə eyni vaxtda yemək yeyə bilir. Belə buzova nə deyirsinizsə deyin, onu sevirik", - K.Kesnel deyib. 2011-ci ilin yanvarında Corciya ştatında ikibaşlı, ötən il isə Oklahoma ştatındakı Anadakoda olan fermada 6 ayaqlı buzov doğulmuşdu.

 

 

Mənbə: Milli.Az

5 oktyabr 2013
GO BACK