Qadin.NET / Övliyaların qəbirləri dağıdılır

Övliyaların qəbirləri dağıdılır

 

Suriyadakı sələfi təkfirçilər övliyalara məxsus qəbirləri sökməyə davam edirlər. Milli.Az İslam.az-a istinadən bildirir ki, Suriyanın şərqində yerləşən Deyruz-Zur şəhərində "Ən Nusra Cəbhəsi" terrorçuları suriyalıların çox hörmət etdikləri “Əbu Abid” adlı "Allah dostu"nun məzarını dağıdıblar. "Əl Məyadin"in verdiyi xəbərə görə, məzarın dağıdılması şəhərdəki digər terrorçu qruplaşmaların etirazına səbəb olub.Məlumata görə, "İraq-Şam İslam Dövləti" (İŞİD) terrorçularının Raqqa şəhərində Harun ər Rəşidin tarixi heykəlini də dağıdıblar.

Mənbə: Milli.Az
5 oktyabr 2013
GO BACK