Qoç: Bu ay mövqenizin möhkəmləndirilməsi ilə məşğul olmalısınız. Bu, uğurlu olmaq üçün testdir. Əgər sizi müzakirə edirlərsə, deməli, hər şey yaxşıdır.Məhəbbət: Haqqınızda şayiələr varsa, deməli, məhəbbət qapıdadır.
Gəlir: İşiniz sizə darıxdırıcı gəlsə belə, onu atmayın. Sonra peşman olarsınız.
Buğa: Oktyabrda enerjiniz yüksələcək, sosial fəaliyyətiniz uğurlu olacaq. Daha çox siyasətçi və müəllimlərin bəxti gətirəcək.Məhəbbət: Münasibətlərdə isə hər şeyin yaxşı olacağı tam gözlənilmir.Gəlir: Uzun zamandan bəri sonraya saxladığınız işlərin öhdəsindən asanlıqla gələcəksiniz.
Əkizlər:Bu ay yarımçıq qalan problemlərinizi həll etməyə çalışın. Əks halda sizi tənbəllik basacaq və həll olunmamış problemlər artacaq. Ətrafdakılarla səbirli davranın.Məhəbbət: Hisslərinizi ona bildirməyə tələsməyin. Bu, heç yaxşı nəticələnməz.Gəlir: İş yerində isə yalnız özünüzə güvənin.
Xərçəng: Rahatlanmaq və olduğunuz kimi görünmək istəyi ayın əvvəllərində reallaşacaq. Bu ay bir qədər sərbəstlik sizə heç bir zərər gətirməz. Sərt addımlar atmayın. Məhəbbət: Ayrılıq, rahatlıq gətirəcək, amma bir müddətlik. Gəlir: Əvvəlki işinizə geri dönmə imkanı yaransa, imtina etməyin.
Şir: Oktyabrda enerji axını sizə təzadlı reaksiya verəcək. Məhz buna görə Şirlər bütün hərəkətlərini diqqətlə ölçüb-biçməli və ətraflarında onları başa düşəcək insanların az olduğuna özlərini hazırlamalıdırlar.Məhəbbət: Sevginizin qədrini bilin. Bu gün yanınızdadırsa, deməli, sizi sevir. Gəlir: İş planlarınızı sonraya saxlayın, onsuz da, uğurlu alınmayacaq.
Qız: Dava və ayrılıqlar ehtimal olunur, çünki qızlar yanlarında ikiüzlülüyü qəbul etmirlər. Hansısa sosial imtiyazın itirilməsi gözlənilir. Məhəbbət: Bu ay bütün işlərin ucundan yapışmaqdansa, ideal sevgi tapın. Gəlir: Oktyabrda işgüzar və kateqorik olacaqsınız.
Tərəzi: Oktyabrda situasiyalar xoşunuza gəlməyəcək. Hadisələr sizin üçün uğursuz olacaq. İstədiyinizə müqaviməti aşaraq və ya ətrafdakılarn hissinə təsir edərək çatacaqsınız. Ola bilsin qarşılıqlı inamsızlıq yaransın. Gizlənmək və ya heç nə etməmək istəyi yaranacaq, onda, həqiqətən, heç nə alınmayacaq. Falçılardan uzaq durmanız məsləhətdir.
Məhəbbət: Sevgi münasibətləriniz bu ay pozitiv əhval- ruhiyyədədir.Gəlir: Şəxsi həyatınızdakı macəra iş həyatınıza mənfi təsir edə bilər.
Əqrəb: Bu ay insanlara münasibətinizi dəyişəcəksiniz. Tez-tez qarşınıza qeyri-adi və ürəyiaçıq insanlar çıxacaq. Onlar sizə qarşılıqsız yardım edəcəklər. Məhəbbət: Siz yeni tanışlıqlara can atacaqsınız. Nəticə isə uğurlu ola bilər. Gəlir: İşləriniz qaydasına düşəcək, bir sıra problemləri həll etmiş olacaqsınız.
Oxatan:Oktyabrda həyat prinsipiniz dəyişəcək. Zahiri dəyişikliklər heç kimin gözünə batmayacaq, amma tezliklə başqa adama çevrildiyinizi anlayacaqlar.Məhəbbət: Danışığınıza fikir verin, düzgün anlaşılmaya bilərsiniz.Gəlir: Ola bilsin yeni vəzifəyə keçəcəksiniz. Amma tələsib ciddi qərarlar verməyin.
Oğlaq: Avtoritetiniz sübuta yetirilməyə ehtiyac duyacaq. Bu zaman nə isə etmək mütləq deyil. Sizin özünüzə inamınız opponentlərinizin hücumlarını dəf edəcək. Məhəbbət: Romantik münasibətlər üçün ayın ikinci yarısını gözləməyiniz məqsədəuyğundur. Gəlir: Müsbət nəticə üçün iclasda uğurla iştirak etməyiniz kifayətdir.
Dolça: Bu ay xəyalpərəstliyə icazə verilmir. Ola bilsin darıxacaq və real fikirlərinizi kiməsə söyləmək istəyəcəksiniz, amma bunu etməyə dəyməz. Məhəbbət: Özünüzü və hisslərinizi nəzarətdə saxlasanız, hər şey ürəyinizcə olacaq.
Gəlir: İşdə realizm yalnız fayda gətirəcək.
Balıqlar: Əlinizə əvvəllər yerinə yetirilməsi mümkün olmayan bir layihə düşəcək. Belə olan halda işə düşünmədən başlayın. İşiniz uğurla alınmasa, deməli, bunu ürəkdən istəmirdiniz.Məhəbbət: Oktyabr sizə romantik heç nə vəd etmir. Gəlir: Məşğuliyyətinizi dəyişmək imkanı yaranacaq.
Mənbə: Milli.Az