Qadin.NET / Azərbaycan Qəbələ RLS-i tam şəkildə Rusiyadan təhvil aldı

Azərbaycan Qəbələ RLS-i tam şəkildə Rusiyadan təhvil aldı

 

Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı: “Artıq stansiya tam olaraq bizim nəzarətimizdədir”. Azərbaycan Silahlı Qüvvələri Qəbələ Radiolokasiya Stansiyasını (RLS) tam şəkildə Rusiyadan təhvil alıb. Bunu APA-ya Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Altay Mehtiyev bildirib.General bəyan edib ki, artıq stansiyada rus hərbçiləri qalmayıb, onlar ailələri ilə birlikdə Azərbaycanı tərk ediblər: “Artıq stansiya tam olaraq bizim nəzarətimizdədir”.Qeyd edək ki, 2012-ci ilin dekabr ayında Rusiya Qəbələ RLS-dən rəsmən imtina etdiyini açıqlayıb. Rusiyanın Qəbələ RLS-dən imtinası Azərbaycanın stansiyanın icarə haqqını artırması ilə bağlı olub. Azərbaycan tərəfi Rusiyadan stansiyanın icarəsi üçün 300 milyon dollar icarə haqqı tələb edib.“Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş” 2002-ci ildə imzalanıb. Rusiya 2012-ci il dekabrın 10-dan stansiyanın istismarını dayandırıb. 1984-cü ildə SSRİ-nin raket əleyhinə müdafiə sistemi kimi inşa edilmiş Qəbələ RLS Hind okeanı regionunda - 6 min km radiusda ballistik raketlərin buraxılışını izləməyə imkan verir. 2002-ci ildə imzalanmış sazişə müvafiq olaraq Rusiya RLS-in icarəsinə görə Azərbaycana ildə 7 milyon dollar ödəyib.
Mənbə: Milli.Az
5 oktyabr 2013
GO BACK